Ağdamdakı atışma ilə bağlı saxlanılan var

Ağdamdakı atışma ilə bağlı saxlanılan var
14:27 6 Dekabr 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 5-də Ağdam rayonunun Yüzbaşılı kəndində yaşayan, əvvəllər məhkum olunmuş C.İsmayılovun həyətinə gəlmiş şəhər sakini O.Məmmədovla aralarında baş vermiş münqişə zamanı C.İsmayılovun tüfəngdən açdığı atəşlə O.Məmmədova xəsarət yetirməsi barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) Milli.Az-a verilən məlumata görə, xəsarət almış O.Məmmədov xəstəxanaya yerləşdirilib.

Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İsmayılov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş "İJ-16" markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/808269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı