Bakıda taksi sürücüsü qarət edildi

Bakıda taksi sürücüsü qarət edildi
16:05 6 Dekabr 2019
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, 34-cü polis şöbəsinə müraciət edən Ağsu rayon sakini İ.Şirəliyev dekabrın 5-də idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində minən şəxsin onu bıçaqla hədələyib, içərisində 100 manat olan pulqabısını aldığını və Yasamal rayonu ərazisində yerləşən "Qələbə" dairəsinin yaxınlığına sürdürərək orada düşərək getdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini O.Salamzadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/808305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR