Gürcüstanda Energetika birjası yaradılıb

Gürcüstanda Energetika birjası yaradılıb
16:07 6 Dekabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda enerji sistemində həyata keçirilən islahatlar çərçivəsində Energetika birjası yaradılıb.
“Report”un yerli bürosu xəbər verir ki, birja Avropa təcrübəsinə uyğun olaraq formalaşdırılacaq.
Birjanın təsisçiləri 50%/50%-lik pay ilə “Gürcüstanın elektrik sistemi” SC və “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”dur. 2021-ci ildən etibarən fəaliyyətə başlayacaq Energetika birjasında ilkin mərhələdə elektrik enerjisi, daha sonra isə enerji istehsal edən obyektlər satışa çıxarılacaq.
Birjaya Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının keçmiş sədri İrina Milorava rəhbər təyin olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-energetika-birjasi-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR