Reklam Agentliyi ağacəkmə aksiyasında iştirak edib

Reklam Agentliyi ağacəkmə aksiyasında iştirak edib
16:22 6 Dekabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkədə genişmiqyaslı ağacəkmə aksiyası baş tutub.
Azərbaycan Dövlət Reklam Agentliyində (ADRA) “Report”a bildirilib ki, aksiyaya bir sıra dövlət qurumları ilə yanaşı Dövlət Agentliyi də qoşulub. Ağaclar Abşeron rayonu ərazisində xüsusi ayrılan zonada əkilib. 
Agentlik nümayəndələrindən ibarət qrup ADRA üçün ayrılan yerdə ağaclar əkməklə ictimaiyyətin diqqətini yaşıllıqların artırılmasına, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına yardımçı olmaq, atmosferi oksigenlə zənginləşdirməyə yönəldib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub. Bu aksiya da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində baş tutub.  






Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/reklam-agentliyi-agacekme-aksiyasinda-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR