Sərkisyanın ölkədən çıxışına qadağa qoyuldu

Sərkisyanın ölkədən çıxışına qadağa qoyuldu
16:28 6 Dekabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan barəsində irəli sürülmüş ittihamdan Baş Prokurorluğa şikayət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə sabiq prezidentin vəkili Arman Makinyan məlumat verib.

Vəkilin sözlərinə görə, istintaq orqanlarının qərarı qanunsuzdur, çünki müstəntiqlər eks-prezidentin toxunulmazlığını nəzərə almalı idi.

Müdafiə tərəfi 1 milyon dollardan çox məbləğdə pul oğurlanması ilə əlaqəli cinayət işinin tamamilə ləğv edilməsini, həmçinin profilaktik tədbirin görülməsini tələb edir.

Dekabrın 4-də Ermənistanın keçmiş prezidenti Serj Səarkisyana ittiham irəli sürülüb. O, 2013-cü il yanvarın 25-dən 7-dək bir qrup məmurdan 1 milyon dollardan çox maddi vəsait mənimsəməkdə ittiham olunur.

İttihamın elan olunmasından sonra Sərkisyanın ölkədən çıxışına qadağanın tətbiq edilməsi haqda profilaktik tədbirlərin görüldüyü bildirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/298341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR