Səbail rayonunda 20 Yanvar faciəsinin 25-ci ildönümü qeyd olunur

Səbail rayonunda 20 Yanvar faciəsinin 25-ci ildönümü qeyd olunur
21:03 16 Yanvar 2015
171 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Qanlı Yanvar faciəsinin 25-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi, Səbail rayonunun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində geniş qeyd olunur. Rayondakı muzey və sərgi salonlarında fotosərgilər təşkil edilir, orta məktəblərin foyelərində faciənin ildönümü ilə əlaqədar fotostendlər qoyulur, inşa yazıları, rəsm, şeir müsabiqələri keçirilir, divar qəzetləri buraxılır. Şagirdlərin və tələbələrin Şəhidlər xiyabanına ziyarəti təşkil olunur. Faciənin ildönümü ərəfəsində rayondakı bütün təhsil müəssisələrində keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr edilir.
Faciənin ildönümü ilə əlaqədar daha bir tədbir xalqımızın inanc yeri olan “Şəhidlər xiyabanı” kompleksində keçirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov deyib ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunub. Keçmiş sovet ordusu qarşısına əliyalın çıxaraq canlarını qurban verən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdırlar. Ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, əlil olmuş vətəndaşlarımıza hər zaman diqqət və qayğı göstərib. Faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar.
A.Əsgərov ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə Prezident İlham Əliyev tərəfindən hər zaman diqqət və qayğı göstərildiyini vurğulayıb.
İcra başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb.
Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda rayon icra hakimiyyəti tərəfindən şəhid ailələrinə və əlillərə maddi yardım və ərzaq bağlamaları təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sebail_rayonunda_20_Yanvar_faciesinin_25_ci_ildonumu_qeyd_olunur-825442

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR