Filippin prezidenti potensial xələflərinin adlarını açıqlayıb

Filippin prezidenti potensial xələflərinin adlarını açıqlayıb
17:07 6 Dekabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Filippin prezidenti Rodriqo Duterte potensial varislərinin kim ola biləcəyinə aydınlıq gətirib.
"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, dövlət başçısı növbəti prezidentin Bikol bölgəsindən olacağını açıqlayıb.
Onun sözlərinə görə, filippinlilər Albay vilayətinin parlamentdəki nümayəndəsi Coui Salseda və Sorsoqon vilayətinin keçmiş senatoru və qubernatoru Fransis Eskuder arasında seçim etməli olacaqlar.
R.Duterte ikinci prezidentlik müddətinə namizəd olmaq fikrində olmadığını da əlavə edib. "Özümü bu işə bağlamaq istəmirəm. Prezidentlik işi çox yorucudur. Ona görə də qızımın da namizəd olmasını istəmirəm", - deyə o vurğulayıb.
Qeyd edək ki, R.Dutertenin qızı Sara Duterte-Karpion hazırda Davao şəhərinin meridir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/filippin-prezidenti-potensial-xeleflerinin-adlarini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR