AFFA İcraiyyə Komitəsinin vaxtı və gündəliyi açıqlanıb

AFFA İcraiyyə Komitəsinin vaxtı və gündəliyi açıqlanıb
18:52 6 Dekabr 2019
113 Digər
Ölkə mətbuatı
A- A+

AFFA İcraiyyə Komitəsinin növbəti iclası dekabrın 13-də keçiriləcək. 
"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantı milli assosiasiyanın inzibati binasında təşkil olunacaq. 
Saat 10:00-da başlayacaq iclasın gündəliyinə 13 məsələ daxil edilib:
  • Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105x68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat
  • Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə
  • Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin Avro-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı
  • Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat
  • “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi
  • AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat
  • AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması
  • “Azərbaycan Futbolunun Etik Kodeksi"nin hazırlanmasının müzakirəsi
  • AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi
  • “Elit Məşq” kitabı ilə bağlı məlumat
  • AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması
  • “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə
  • AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi.


  • Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-i-craiyye-komitesinin-vaxti-deqiqlesib

    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı