Rauf Məmmədov Azərbaycan çempionu oldu

Rauf Məmmədov Azərbaycan çempionu oldu
21:06 16 Yanvar 2015
107 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda şahmat üzrə Azərbaycan çempionu adı uğrunda turnir başa çatıb. Turnir İsveçrə sistemi ilə keçirilib.

ANS PRESS-in məlumatına görə, çempionatda reytinqin favoriti, qrossmeyster Rauf Məmmədov liderlik edib. Səkkizinci turda Nicat Abbasov üzərində həlledici qələbədən sonra sonuncu turda onun üçün heç-heçə yetərli olub.

Nəticədə 9 mümkün xaldan 6,5 xal toplayan R.Məmmədov kişilər arasında 70-ci Azərbaycan çempionatının qalibi olub. Əlavə göstəricilərə görə ondan geri qalan Eltac Səfərli (ikinci yer) və Vasif Durarbəyli (üçüncü yer) də bu qədər xal toplayıblar. Qədir Hüseynov və Vüqar Rəsulov qalibdən yarım xal, Azər Mirzəyev bir xal geri qalıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR