Rus admiraldan MÜHARİBƏ ANONSU: Regionda münaqişə ehtimalı...

Rus admiraldan MÜHARİBƏ ANONSU: Regionda münaqişə ehtimalı...
19:13 6 Dekabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

NATO güclərinin Arktikada hərbi qüvvələrini artırması mümkündür və bu, regionda münaqişə ehtimalını yüksəldəcək.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Şimal Donanmasının komandanı, vitse-admiral Aleksandr Moiseyev deyib.

“Bloka üzv olmayan dövlətlərin hərbi birləşmələri regionda aparılan döyüş hazırlığı tədbirlərinə və təlimlərə fəal şəkildə cəlb edilir. Mən ilk növbədə İsveç və Finlandiyanı nəzərdə tuturam. Son illərdə alyans ölkələrinin birləşmiş silahlı qüvvələri bilavasitə bizim şimal sərhədlərimizin yaxınlığında atom sualtı qayıqlarının, aviadaşıyıcıların iştirakı ilə onlarla müxtəlif miqyaslı təlim keçirib”, - deyə Moiseyev bildirib.

Onun sözlərinə görə, təlimlərdə ABŞ, Böyük Britaniya, Almaniya, Norveç, Polşa, İsveç, Finlandiyanın hərbi bölmələri iştirak edib və xarici dövlətlərin Arktikada keçirdikləri döyüş hazırlığı təlimlərinin sayı son 5 ildə 2 dəfə artıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/298362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı