Neftçilər “Bir gündə 650 min ağac əkək” kampaniyasında iştirak ediblər - VİDEO

Neftçilər “Bir gündə 650 min ağac əkək” kampaniyasında iştirak ediblər - VİDEO
19:42 6 Dekabr 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda keçirilən "Bir gündə 650 min ağac əkək" kampaniyasına neftçilər də mütəşəkkil qoşulublar.

SOCAR-dan Trend-ə verilən məlumata görə, dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Qala qəsəbəsi ərazisində yerləşən "Eko Park"da ağacəkmə kampaniyasında iştirak edib.

Şirkətin birgə müəssisələri tərəfindən aksiya çərçivəsində 100 min ağac əkilib. Həmin ağacların 45 mini "Azneft", 15 mini "Azəriqaz" və "Azərikimya" istehsalat birliklərinin, Heydər Əliyev adına neft emalı zavodunun, Qaz İxrac və Neft Kəmərləri idarələrinin, 40 mini isə digər idarə və müəssisələrin ərazilərində əkilib. Ağacəkmə kampaniyasına SOCAR-ın bir sıra birgə müəssisələri və tərəfdaş şirkətlər də qoşulub. "SOCAR AQŞ" tərəfindən Ümid istehsalat və təchizat bazasının ərazisində 2 min ağac əkilib.

2015-ci il dekabrın 4-də təbii fəlakət zamanı həlak olmuş və itkin düşmüş həmkarlarının xatirəsinə Pirallahı rayonunda ucaldılmış abidəni ziyarət edən SOCAR-ın rəhbərliyi dəniz neftçilərinin istifadə etdiyi helikopter meydançasının qarşısında ucaldılmış abidənin ətrafında da fəlakət qurbanlarının xatirəsinə 33 ağac əkib.

 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/808452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR