x
Loading...

Murad Arifin “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində solo konserti keçirilib

Murad Arifin “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində solo konserti keçirilib
19:42 6 Dekabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində “Elektro HALL”da populyar estrada müğənnisi Murad Arifin “Tufan“ adlı solo konserti keçirilib. 
"Report"un məlumatına görə, Azərbaycan könüllülərinə həsr edilmiş, onlar üçün xüsusi olaraq hazırlanmış konsert proqramında Murad Arifin yeni mahnıları, həmçinin digər tanınmış ifaçılarla duetləri səsləndirilib.
Könüllük həftəsi ərzində fəallığı ilə seçilən 2 minə yaxın gəncin iştirak etdiyi, Azərbaycan Respublikası Gənclər Fondunun təşkilati dəstəyi ilə baş tutan konsert xüsusi əyləncəli proqramla davam edib. Konsertdə gənclərin iştirakı ödənişsiz olub. Murad Arif konsertin Azərbaycan könüllülərinə hədiyyə, könüllülük hərəkatına onun töhfəsi kimi qəbul olunmasını xahiş edib.
Qeyd edək ki, dekabrın 1-də “ŞəhidimİZ” və “VətənimİZ” kampaniyaları ilə start götürən “Azərbaycan Könüllülük Həftəsi” bütün ölkəni əhatə edən kütləvi tədbirlərin, o cümlədən “Könüllülük sərhəd tanımır!” adlı sosial aksiya, İDEA İctimai Birliyinin də tərəfdaş kimi qatıldığı “TəbiətimİZ” adlı ekoloji aksiyanın təşkili ilə davam edib.
Dekabrın 5-də Azərbaycan Könüllülərinin 2-ci Respublika Həmrəylik Forumunda minlərlə gənc iştirakı etmişdir. Həftənin ən fəal 300 könüllüsü isə dekabrın 6-9-da təşkil edilən dördgünlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcək.






Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/azerbaycan-konulluluk-heftesi-cercivesinde-tufan-adli-solo-konsert

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR