1 yaşlı uşaqlarda NİTQ İNKİŞAFI

1 yaşlı uşaqlarda NİTQ İNKİŞAFI
21:52 6 Dekabr 2019
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az saglamolun.az-a istinadən psixoloq Vüsalə Hüseynovanın yazısını təqdim edir.

Uşağın danışmağa başlaması yeni valideyn olmuş insanlar üçün dünyanın ən böyük möcüzəsini izləyirmiş kimi həyəcanlı və özəl dönəmdir.

Körplərin təliminin ilk addımı, onun danışmasıdır. Bu proses birbaşa uşaqların beyin inkişafı ilə əlaqəlidir. Valideynlər bu müddətin həyəcanı və sevinci ilə yanaşı övladlarının inkişafını düzgün dəyərləndirə bilərlər.

Uşaqların nitq inkişafının qanunauyğunluqlarını düzgün şəkildə bilən valideyn riskli halı tez dəyərləndirib lazımlı tədbir görə bilər. Çünki nitq prosesində baş verən gecikmələr gələcək üçün qalıcı fəsadlar verə bilər. Bu yazıda uşaqların ilk 12 ay üçün olan nitq inkişafı prosesi ilə tanış olacaqsınız. Digər dönəmləri isə növbəti məqalələrdə oxuya bilərsiniz.

Uşaqlar doğulan anda ətrafdakı səslərin fəqrində olurlar. Ani səslərə ağlayaraq reaksiya verirlər.

0-3 aylığında isə lay-lay, musiqi kimi tanıdıq səslərə müxtəlif mimklərlə qarşılıq verirlər. Ani səs eşitdikdə diksinir, kimsə danışdıqda ona tərəf dönür, anasının səsinə gülümsəyir, onun səsini tanıyır. Əmərkən səs eşidərsə daha tez-tez və ya daha yavaş əmməyə başlayar. 14 həftəlikdən etibarən isə ilk səslərini çıxarır, "aqu-quqqu" kimi kəlmələr deməyə başlayırlar.

4-6 aylıq körpələr artıq səs tonundakı dəyişikliyə, məsələn, ciddi şəkildə "yox" demənizə reaksiya verməyə başlayır. Səs çıxardan oyuncaqlar onların marağına səbəb olur. Bu dönəmdə körpə çoxlu qıkkıldayır, p, b, m səslərini tələffüz edir. Məmnuniyyətini və şikayətini bildirən səslər çıxartmalıdır.

7-12 ay arasında isə özü ilə ünsiyyətə girdikdə baxar və dinləyər, adına reaksiyası yaranır, çox sevdiyi və gündəlik gördüyü insan və əşyaların adını bilir (ata, maşın, kukla, şar, stəkan, soska, butulka və s.). "Bura gəl", "Yenə istəyirsən?", "Su içirsən?" kimi sadə istəklərinizə cavab verməyə başlamalıdır. Diqqət çəkmək üçün müxtəlif reaksiyalar sərgiləyirlər. Tam aydın olmasa da, ilk sözlərini bu dönəmdə deməyə başlayırlar (ana, ata, baba, mama və s.).

Valideynlər bu dövrdə uşaqla çox ünsiyyətə girməli, yaşına uyğun şəkildə oyunlar oynamalıdırlar. Gördüyü hər şeyin öz adı ilə adlandırıldığını eşidən uşaq bir müddət sonra o adı tələffüz etməyə başlayacaqdır. Çalışmaq lazımdır ki, uşaqla ünsiyyətə girərkən "uşaq dilində" danışmayasız. Məsələn, çörək yerinə "pəpə", su yerinə "uvva", yara yerinə "uff" və s. bu kimi sözlərdən istifadə etmək düzgün deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/808276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR