Hollandiyada cinayətkar qıtlığı - Həbsxanalar bağlanır

Hollandiyada cinayətkar qıtlığı - Həbsxanalar bağlanır
22:52 6 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Hollandiyada həbsxanalar və koloniyalar bağlanır.

Milli.Az bildirir ki, ölkədə cinayətkarlar yetərli sayda deyil.

"Businnes Insider"in yazdığına görə, 2013-cü ildə Hollandiyada 19 həbsxana bağlanıb, çünki ölkədə onları doldurmaq üçün cinayətkarlar yetərli sayda deyil.

Boş həbs otaqlarının problemi o qədər aktuallaşıb ki, 2016-cı ildə Hollandiya həbsxanalarını doldurmaq üçün Norveçdən 240 məhkum da gətirilib.
Bununla birlikdə Ədliyyə naziri Ard van der Styur parlamentdə yarısından çoxu boş həbsxanaların olmasının bu qədər kiçik bir ölkə üçün çox yüksək olduğunu söyləyib.

Hollandiyada cinayət səviyyəsinin normadan belə aşağı olmasının bir neçə səbəbi var: narkotik maddələrin liberal qanunları, reabilitasiyaya üstünlük verilməsi və məhkumlar üçün elektron bilərziklərdən istifadə, azadlıqda işləmələrini davam etdirmələridir.

Cinayətkarlara nəzarət etmək üçün isə bu əla bir yoldur. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/808329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR