Almaniyalı ekspert: Ölkənin qurtuluşu immiqrasiyadadır

Almaniyalı ekspert: Ölkənin qurtuluşu immiqrasiyadadır
23:17 6 Dekabr 2019
110 Dünya
Ölkə mətbuatı
A- A+

Yaxın 40 ildə Almaniyanın xarici ölkələrdən milyonlarla əlavə işçiyə ehtiyacı olacaq. Milli.Az bildirir ki, bu proqnozu Drezden Universitetinin Miqrasiya Tədqiqatları Mərkəzinin eksperti, professor Uffe Simmerman AZƏRTAC-a müsahibəsində səsləndirib. Onun fikrincə, miqrantlar Almaniya iqtisadiyyatında əhəmiyyətli rol oynayır, çünki ölkə iqtisadiyyatı inkişaf edir, əhali qocalır, doğumda artım müşahidə olunmur.

Alim hesab edir ki, qarşıdan gələn 40 ildə Almaniyada miqrasiya saldosu müsbət olacaq. Hər il bura 260 min miqrant çox gələcək. Özü də 260 min rəqəmi altında təkcə işçilər deyil, onların ailələri də nəzərdə tutulur.

Simmerman əmindir ki, ölkədə kadrlar çatışmır. Almaniya xarici ölkələrdən kadrlara kəskin ehtiyac hiss edir, çünki demoqrafiya sahəsində vəziyyət ağırdır. Ekspert əmindir ki, vəziyyəti yalnız uzunmüddətli miqrasiya xilas edə bilər. Doğumun səviyyəsinin azalması, keyfiyyətli səhiyyə, ömür müddətinin uzanması cəmiyyətdə ahıl insanların faizinin artmasına, əmək qabiliyyətli əhalinin faizinin azalmasına gətirib çıxarır. Ekspert hesab edir ki, son vaxtlar getdikcə daha çox insan pensiyaya çıxandan sonra da işləməyə davam edir, lakin bu, kadr çatışmazlığı problemini tamamilə həll etmək üçün yetərli deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/808420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR