Bu saç stili yenidən dəbdə - FOTO

Bu saç stili yenidən dəbdə - FOTO
23:52 6 Dekabr 2019
111 Maraqlı
Ölkə mətbuatı
A- A+

60-cı illərin həcmli "flip"ini stilistlər mövsümün ən dəbli saç yığımı adlandırıb. Tezliklə bu tendensiya ulduzların da seçimləri arasında öz yerini möhkəmlədib.

Milli.Az xəbər verir ki, Jaklin Kennedinin çiyin uzunluğunda olan ən çox sevdiyi ucu sola burulmuş həcmli saç yığımını son bir neçə ay ərzində bir çox ulduzda görmüşük. Bunlar arasında Cennifer Lopez, Sofi Turner, Kardi Bi, Heyli Bolduin və Keti Perini misal çəkmək olar. Yeri gəlmişkən, saç stilini yerli məşhurlar arasında sınaqdan keçirən aktrisa Pərvin Abıyeva olub.

"Flip" adlandırılan bu düzüm 1960-cı illərdə dəbə minib, lakin onda daha həcmli edilirdi. 1990-cı illərdə yenidən aktuallaşan fasona yarımçıq quyruq əlavə edildi, indi isə saçların daha hamar versiyası dəbdədir. (publika.az)

Mili.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/808085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR