İlin ən populyar aktyor və aktrisaları açıqlandı

İlin ən populyar aktyor və aktrisaları açıqlandı
08:05 7 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"IMDb" portalı 2019-cu ilin ən populyar aktyor və aktrisalarının siyahısını açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ilin ən populyar aktrisası "Marvel"də Kapitan Marvel rolunu ifa edən Bri Larson olub. Reytinqin ikinci pilləsində Erin Moriarti qərarlaşıb. O, "Oğlanlar" serialında "Starlayt" super qəhrəmanı rolunda çəkilib. Onun ardınca "Taxt-tac oyunları"nın Deyneris Tarqariyeni Emiliya Klark gəlir.

Siyahıda, həmçinin, Naomi Skott, Dakre Montqomeri, Zakari Livay, Kianu Rivz, Roza Salazar və Marqo Robbi yer alıblar.

İlin ən populyar on aktyoru siyahısını "Coker" filmində eyniadlı obrazı canlandıran Hoakin Feniks tamamlayıb. "Coker" komiks əsasında çəkilmiş ən uğurlu layihə, eləcə də "R" reytinqli kassalı film olub

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/808489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı