İcra başçısının müavini: 650 min ağacın əkilməsi təşəbbüsü Qubanın ətraf mühitinə olduqca böyük təsir göstərəcək

İcra başçısının müavini: 650 min ağacın əkilməsi təşəbbüsü Qubanın ətraf mühitinə olduqca böyük təsir göstərəcək
08:22 7 Dekabr 2019
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünün reallaşması rayonun ətraf mühitinə olduqca böyük təsir göstərəcək.

Bunu Trend-ə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Xudaverdiyev deyib.

A.Xudaverdiyev rayon ərazisində 5050 ağacın əkildiyini, əsasən, tuya, göyrüş, ağcaqayın ağaclarının əkilməsinə daha çox üstünlük verdildiyini söyləyib.

Onun sözlərinə görə, ağacların əkilməsi atmosferin zərərli tullantılardan təmizlənməsinə fayda verəcək.

A.Xudaverdiyev qeyd edib ki, aksiya çərçivəsində Qubanın bütün ərazisini əhatə etməklə bir çox yerlərdə ağaclar əkilib.

Onun sözlərinə görə, bu təşəbbüs çərçivəsində Bakı-Quba, Quba-Xaçmaz avtomobil yolunun ətrafında da yaşıllıq zolağı salınıb:

"Hesab edirəm ki, nəqliyyatın daha çox hərəkət etdiyi bir ərazidə - magistral yolların kənarlarında ağacların əkilməsinin olduqca böyük faydası var. Bu baxımdan Bakı-Quba, Quba-Xaçmaz avtomobil yolunun kənarında ağacların əkilməsi ətraf mühitin qorunmasına, atmosferin tullantılardan təmizlənməsinə çox müsbət təsir göstərəcək".

Qeyd edək ki, dekabrın 6-da Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi həyata keçirilib. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkilib. Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olub. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3159410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR