Snapdragon 865 prosessorunu ilk olaraq hansı şirkətin smartfonları əldə edəcəklər?

Snapdragon 865 prosessorunu ilk olaraq hansı şirkətin smartfonları əldə edəcəklər?
08:47 7 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Snapdragon 865 prosessorunun təqdim olunmasından sonra bu yeni prosessoru ilk əldə edəcək smartfonlar və onların çıxış tarixləri barəsində məlumat verildi. Beləliklə Qualcomm Snapdragon Tech Summit 2019 tədbiri çərçivəsində Xiaomi, Nokia, OPPO və Lenovo şirkətləri rəsmi olaraq təsdiqlədilər ki, onların smartfonları bu prosessoru əldə edəcəklər. Bundan əlavə olaraq sadalanmış şirkətlərin təmsilçiləri həmin smartfonların nə zaman işıq üzü görəcəkləri barəsində də məlumat veriblər.

Milli.Az technote.az-a istinadən bildirir ki, Snapdragon 865 prosessoruna sahib olacaq smartrfonlar barəsində daha dəqiq məlumatı Xiaomi şirkəti verib. Belə ki, şirkətin təsisçilərindən biri olan Lin Bin təqdimat zamanı iki rejimli 5G modemə sahib olacaq Mi Note 10-nun təqdimatını anons edib. Onun sözlərinə əsasən sözügedən smartfon artıq istehsalat prosesinə keçid edib və 2020-ci ilin əvvəlində satışa çıxacaq. Daha öncədən Xiaomi şirkətinin CEO-su bildirmişdi ki, gələn il şirkət 5G şəbəkə dəstəkli 10 smartfon modeli təqdim edəcək.

Gələn ilin birinci rübündə Snapdragon 865 prosessorlu smartfon satışını həmçinin OPPO şirkəti də planlaşdırır. Şirkət təmsilçiləri qeyd ediblər ki, onlar 5G texnologiyasına investisiyaların yatırılmasını davam etdirmək planındadırlar. Lenovo şirkəti isə qeyd edib ki, o, Snapdragon 865 və Snapdragon 735 prosessorlarına sahib bir neçə smartfonu satışa çıxartmaq niyyətindədir. Lakin şirkət konkret bir tarix səsləndirməyib. Nokia bildirib ki, o hal hazırda Snapdragon 735 prosessoruna sahib smartfon üzərində çalışır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR