“Instagram”da qeydiyyat zamanı doğum tarixinin göstərilməsi tələb olunacaq

“Instagram”da qeydiyyat zamanı doğum tarixinin göstərilməsi tələb olunacaq
08:52 7 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"Instagram" sosial şəbəkəsində hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb ediləcək. Bu haqda dekabrın 4-də sosial şəbəkənin saytında dərc edilmiş məlumatda deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "bu gündən başlayaraq "Instagram"da hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb olunacaq. Sosial şəbəkədən istifadə qaydalarımıza görə, əksər ölkələrdə hesab yaratmaq üçün ən azı 13 yaşınız olmalıdır" - məlumatda deyilir.

Məlumata görə, doğum tarixi digər istifadəçilər üçün əlçatan olmayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR