Sumqayıtda sexdə partlayış: 2 yaralı

Sumqayıtda sexdə partlayış: 2 yaralı
21:09 16 Yanvar 2015
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində sexdə partlayış hadisəsi baş verib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nəticədə ümumi sahəsi 20 kv.m olan mağazanın dam örtüyü, əsas divarları, ona bitişik sexin dam örtüyü və arakəsmə divarları 60 kv.m sahədə dağılıb. Sexdə dayanan “Hyundai” və “Mitsubishi” markalı minik avtomobilləri dağıntı altında qalıblar.

 

Yanğınla nəticələnən partlayış zamanı mağazanın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri yanıb və 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıblar. Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR