Yevda Abramov niyə dəfn olunmur? - QIZINDAN AÇIQLAMA

Yevda Abramov niyə dəfn olunmur? - QIZINDAN AÇIQLAMA
11:43 7 Dekabr 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin ötən gün vəfat edən deputatı Yevda Abramov doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində dəfn olunacaq.

Publika.az xəbər verir ki, bunu Report-a açıqlamasında Yevda Abramovun qızı Bəsti Yusifova deyib.

O bildirib ki, atası ilə vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət evində keçiriləcək:

“Dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması bizim adət-ənənəyə uyğun deyil. Ona görə də atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də həyata keçiriləcək”, - deyə mərhum deputatın qızı bildirib.

Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı Qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, bir neçə ildir xərçəng xəstəliyindən müalicə olunurdu.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/298392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR