Tramp təxirə saldı - Meksikalı narkokartellər...

Tramp təxirə saldı - Meksikalı narkokartellər...
11:47 7 Dekabr 2019
112 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp Meksika narkokartellərinin terror təşkilatları olaraq tanınmasının təxirə salınmasına qərar verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə prezident cümə axşamı "Twitter" səhifəsində bildirib.

"Meksikalı narkotik kartellərini terrorçu təşkilat kimi tanımaq üçün bütün lazımi işlər tamamlanıb. Qanuna uyğun olaraq, bunu etməyə hazırıq. Ancaq bəyəndiyim və hörmət etdiyim bir insanın, bizimlə çox yaxşı işləyən Meksika Prezidenti Andres Manuel Lopez Obradorun xahişi ilə narkotik kartellərini terrorçu təşkilatların siyahısına salmağı müvəqqəti təxirə salırıq və bu məsələlərlə qətiyyətlə məşğul olmaq üçün birgə səylərimizi artıracağıq", - Tramp belə deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/808530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR