x
Loading...

MSK sədri bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsinə münasibət bildirib

MSK sədri bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsinə münasibət bildirib
11:47 7 Dekabr 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

“Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar artıq məntəqə seçki komissiyaları fəaliyyətə başlayıb. İlk baxışdan belə görünə bilər ki, bələdiyyə seçkiləri ilə Milli Məclisə növbədənkənar seçkilərin üst-üstə düşməsi ahəngi poza bilər. Amma mən tam məsuliyyətimlə deyirəm ki, bu, heç də belə deyil”.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Bələdiyyə seçkilərinə hazırlığın gedişi ilə bağlı AzTV-yə danışan MSK sədri bildirib ki, proses yekunlaşmaq üzrədir: “Əksinə, bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi hazırlıq baxımından daha geniş imkanlar yaradır. Əvvəla, biz bələdiyyə seçkiləri ilə əlaqədar tədbirləri bütün istiqamətlərdə, demək olar ki, başa çatdırmaq ərəfəsindəyik. Biz artıq bülletenlərin çapı ilə məşğul oluruq. Yəni, əsas addımların hamısı atılıb”. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/msk-sedri-belediyye-ve-parlament-seckilerinin-ust-uste-dusmesine-muna

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR