ABŞ prezidenti Dünya Bankını Çində borc verməməyə çağırıb

ABŞ prezidenti Dünya Bankını Çində borc verməməyə çağırıb
11:57 7 Dekabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Dünya Bankını Çinə borc pul verməməyə çağırıb.
“Report” türk mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının çağırışı Dünya Bankının Şərqi Asiya ölkəsinə növbəti krediti ayırmasından bir gün sonraya təsadüf edib. 
“Dünya Bankı Çinə niyə borc verir? Bu necə mümkün olur? Çinin çoxlu pulu var. Ona pul verməyi dayandırın”, - deyə Donald Tramp sosialı şəbəkədəki səhifəsində yazıb.
Qeyd edək ki, Dünya Bankı Çinə 2025-ci ilin iyun ayına qədər aşağı faizlə illik 1-1,5 milyard dollar kredit verəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abs-prezidenti-dunya-bankini-cinde-borc-vermemeye-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR