Azərbaycana narkotik keçirmək istəyən Gürcüstan vətəndaşı saxlanıldı

Azərbaycana narkotik keçirmək istəyən Gürcüstan vətəndaşı saxlanıldı
13:22 7 Dekabr 2019
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan idarə etdiyi "Volkswagen Sharan" markalı avtomobil ilə gələn həmin ölkə vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilb. Bu zaman nəqliyyat vasitəsinin qapısında bir ədəd kağıza bükülü, ümumi çəkisi 3 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/808554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR