“Qarabağ” Şotlandiyadan futbolçu transfer edə bilər

“Qarabağ” Şotlandiyadan futbolçu transfer edə bilər
13:27 7 Dekabr 2019
135 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" qış transferi pəncərəsi zamanı Şotlandiyanın "Sent Mirren" klubunun qapıçısı Vatslav Qladkini heyətinə cəlb edə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hələ bu yay 29 yaşlı çex futbolçunu almaq istəyib. Bununla bağlı onun klubuna 200 min funt sterlinq təzminat təklif olunsa da, şotlandlar bunu qəbul etməyib.

Hazırda "Sent Mirren" həm maddi, həm də nəticə baxımdan yaxşı günlərini keçirmir. Komanda 16 turdan sonra Şotlandiya liqasında sonuncu yeri tutur. Şotlandiya mətbuatının yazdığına görə, bu səbəbdən Qladki yanvarda komandadan ayrılmaq istəyir.

Əldə etdiyimiz məlumata görə, bu futbolçu hələ də "Qarabağ"ın transfer siyahısındadır. Yanvarda Ağdam klubunun əsas qapıçısı Asmir Beqoviçin İngiltərəyə - müqavilə ilə məxsus olduğu "Bornmut"a dönəcəyi gözlənilir.

Bu səbəbdən "Qarabağ"ın Qladki ilə danışıqları bərpa edəcəyi və həyətinə qata biləcəyi ehtimal yüksəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/808567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı