Yutubda ən çox izlənilən oyun məlum oldu - “PUBG” deyil

Yutubda ən çox izlənilən oyun məlum oldu - “PUBG” deyil
13:28 7 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

İsveçin "Moyang" video oyun şirkəti tərəfindən yaradılan və sonradan ABŞ-ın texnologiya şirkəti "Mikrosoft" tərəfindən alınan “Minecraft” video-oyunu, bu il Yutubda ən çox izlənilən oyunlar arasında birinci olub.

Publika.az xəbər verir ki, “Minecraft” oyununun Yutub üzərindən izlənilmə sayı 100 milyard 200 milyon olub və bununla tarixə keçib.

Qeyd edək ki, “Rockstar Games” və “Epic Games” kimi iddialı şirkətlərin də iştirak etdiyi yarışda “Minecraft” bütün rəqiblərini qabaqlayıb. “PUBG” video-oyunu isə siyahının ilk dördlüyündə yer almayıb.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ikt/298400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR