Gəncə gəncləri YAP-ın namizədlərinə səs verəcəklər (FOTO)

Gəncə gəncləri YAP-ın namizədlərinə səs verəcəklər (FOTO)
13:36 7 Dekabr 2019
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının qərargahında gənc partiya fəalları ilə görüş keçirilib.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək, ölkəmizdə alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının həyata keçirdikləri təbliğat-təşviqat kampaniyasında yüksək seçki əhval-ruhiyyəsi müşahidə olunduğunu bildirib.

Partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edən millət vəkili cəmiyyətdə gənclərin rolundan danışıb:”Azərbaycan gənci bu gün ölkəmizin siyasi, mədəni, ictimai həyatında mühüm yer tutur, dövlətimiz və partiyamız bacarıqlı, istedadlı gənclərin uğurla irəli getmələri üçün geniş meydan açıb, zəruri tədbirlər həyata keçirir”.

Yeni Azərbaycan Partiyasının əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də qalib gəlmək əzmində olduğunu vurğulayan Naqif Həmzəyev partiyanın bələdiyyələrin işinin yüksəldilməsi üçün səmərəli tədbirlər həyata keçirdiyini qeyd edib. Millət vəkili bildirib ki, bu işdə bələdiyyələrə seçiləcək partiya üzvlərinin üzərinə böyük məsuliyyət düşür. İnanıırıq ki, 23 dekabr bələdiyyə seçkiləri günü gənclərimiz partiyanın etimadını nümunəvi xidmətləri ilə doğruldacaqlar.

YAP Gəncə şəhər təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə Prezident İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən gənclər, partiyanın namizədləri əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcəklərinə, bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaqlarına əmin olduğunu bildirib.

Görüşdə çıxış edən gənclər xalqımızın rifahı, ölkəmizin inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.

Geniş diskussiya, yüksək əhval-ruhiyyə şəraitində keçən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3160362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR