Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışlarının qalibləri müəyyənləşib (FOTO)

Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışlarının qalibləri müəyyənləşib (FOTO)
13:43 7 Dekabr 2019
115 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışlarının qalibləri müəyyənləşib.

Trend-in məlumatına görə, yarışlarda 9 komanda iştirak edib. Onlar üçün beş növ hərəkət hazırlanıb.

Estafet yarışlarının yekununda “Qarabağ” komandası 499 xalla birinci olub, ikinci yeri 481 xalla “Gülüstan”, üçüncü yeri 466 xalla “Babək” komandaları tutub. Qalib və mükafatçılara kuboklar təqdim edilib.

Bundan başqa, “Qobustan” (465 xal) dördüncü, “Koroğlu” (432 xal) beşinci, “Xəzər” (429 xal) altıncı, “Göygöl” (399 xal) yeddinci, “Odlar yurdu” (394 xal) səkkizinci, “Şahdağ” (379 xal) doqquzuncu olub.

Yarışlarda 9 komandadan 200-ə yaxın idmançı iştirak edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3160364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR