Peyğəmbəri təhqir etdi, sonra isə müsəlman oldu

Peyğəmbəri təhqir etdi, sonra isə müsəlman oldu
21:17 16 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

Bu hadisə iki il öncə baş verib. Amma son terror hadisələri və ardından daha şiddətlə vüsət alan islamofobiya fonunda olayı xatırlatmağı gərək sayırıq.
 
Milli.Az islam.az-a istinadən bildirir ki, sabiq islamofob, hollandiyalı siyasətçi Girt Vildersin başçılıq etdiyi partiyanın üzvü Arno Van Doorn Mədinədə Peyğəmbər məscidinə gedərək namaz qılıb və Həzrət Məhəmmədi (s) təhqir edən “Fitnə” filminin ərsəyə gəlməsində iştirakına görə O Həzrətdən üzr istəyib. Bir müddət araşdırma apardıqdan sonra, o, İslamı qəbul edib.
 
Həqiqəti dərk etdikdən sonra Dorn öz Tvitter hesabında Allahın vahidliyinə və Həzrət Məhəmmədin (s) onun elçisi olmasına şəhadət verib. İstifadəçilər əvvəlcə bunu bir zarafat kimi qəbul etsələr də, Haaqa meriyasında məsul vəzifədə çalışan siyasətçi şəhərin merinə ünvanladığı məktubda artıq İslamın ardıcılı olduğunu təsdiqləyib.
 
O qeyd edib ki, belə qərar qəbul etməzdən öncə bir il ərzində Quran və hədislərlə yaxından tanış olub, müsəlmanlarla söhbətlər aparıb: “İslam haqqında çox mənfi rəylər eşitmişdim. Amma mən hər şeyi özüm aydınlaşdırmağı sevən adamam. İslamı qəbul etdikdən sonra həyatımda yeni mərhələnin başladığını anlayıram. Mən hələ çox şeyi öyrənməliyəm”.
 
P.S. Əlbəttə, dünyada İslama qara yaxmaq istəyənlərin sayı kifayət qədərdir. Bəlkə də artıq qəlbləri qaraldığı üçün bu yolu tutublar. Amma Arno Van Doorn kimilər də var. Və haqq yoldan uzaq olduqlarını onların hələ heç də hamısı anlamayıb. Bax, müsəlmanlar da belələri üçün çalışmalı, onlar uğrunda mübarizə aparmalıdırlar: yüksək əxlaqla, mənəviyyatla, İslam və Peyğəmbər (s) haqqında həqiqətləri çatdırmaqla.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR