Bakıda avtobus sürücüsü sərnişini döyüb

Bakıda avtobus sürücüsü sərnişini döyüb
14:07 7 Dekabr 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda sərnişini döyən avtobus sürücüsü saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 4-də saat 22 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “Daevoo” markalı 166 saylı xətt avtobusunun sürücüsü xuliqanlıq zəminində qəsəbə sakini E.Zeyniyevi döyüb.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü, Bakı şəhər sakini K.Nəzərov saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtobus-surucusu-sernisini-doyubdd

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR