"Real" La Liqanı tərk edir?

"Real" La Liqanı tərk edir?
14:12 7 Dekabr 2019
151 İdman
Ölkə mətbuatı
A- A+

"Real" İspaniya La Liqasını tərk etmək niyyətindədir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu iddianı Britaniyanın "The Sun" nəşri irəli sürüb. Bildirilir ki, Madrid təmsilçisi yaradılması gündəmdə olan Avropa Super Liqasında mübarizə aparmaq istəyir.

Bununla bağlı "Kral klubu"nun prezidenti Florentino Perezin  FİFA-nın prezidenti Canni İnfantino ilə görüşdüyü bildirilib. Görüşdə Perez qeyd edib ki, İngiltərədən də olan, ümumən 20 klubun iştirakı ilə özlərinin yeni liqasını yaradatmaq fikrindədirlər.

Qeyd edək ki, belə bir liqanın olması UEFA-ya alternativ turnir sayılacaq və bu, Avropanın futbol qurumu tərəfindən tanınmayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/808574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR