"Formula 1": 2019-cu ilin 10 ən yaxşı pilotu müəyyənləşib

"Formula 1": 2019-cu ilin 10 ən yaxşı pilotu müəyyənləşib
14:17 7 Dekabr 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu il mövsümünün ən yaxşı 10 pilotu müəyyənləşib. 
"Report"un məlumatına görə, "Formula 1"in rəsmi saytı vasitəsilə açıqlanan siyahı 5 ekspertin qiymətləri əsasında hazırlanıb. Hər bir yürüşdə pilotlara 10 ballıq şkala ilə qiymət yazılıb. Nəticədə sürücülər üçün orta qiymət müəyyənləşdirilib. 
Birinci yer 43,7 xalla "Mercedes" pilotu Lüis Hemilton tutub. 43,4 xal yığan "Red Bull" sürücüsü Maks Ferstappen ikinci, 41,8 xala malik "Maklaren"in üzvü Karlos Sayns isə üçüncü olub. 
Əvəzində "Ferrari"nin pilotu Sebastyan Fettel "10-luğ"a daxil olmayan yeganə yeganə top-komanda üzvü olub. 
Qeyd edək ki, Lüis Hemilton bu mövsüm karyerasında 6-cı dəfə dünya çempionu olub. Onun komanda yoldaşı Valtteri Bottas ikinci, "Red Bull"dan Maks Ferstappen üçüncü yeri tutub. Sonrakı iki pillə "Ferrari" sürücüləri Şarl Lekler və Sebastyan Fettelə nəsib olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/formula-1-2019-cu-ilin-10-en-yaxsi-pilotu-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR