Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 may Faşizm üzərində Qələbə Günü münasibətilə Rusiyaya dəvət alıb.
Publika.az xəbər verir ki, Rusiyanın Ankaradakı səfiri İrina Qasımova bu barədə ölkəsinin mətbuatına məlumat verib.
Rusiya Faşizm üzərində Qələbə Gününün 75-ci ildönümü münasibətilə ABŞ prezidenti Donald Tramp daxil, əksər dünya ölkələrinin liderlərinə dəvət məktubu yollayıb.