Fransada Paleolit dövrünə (e.ə. 40-12 min il) aid heykəl tapılıb.
Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, Venera ilahiyəsinin heykəli Renankur bölgəsindəki Amyen şəhəri ərazisində aşkar edilib.
Alimlərin fikrincə, heykəlin vəziyyəti yaxşı olduğu üçün müstəsna tapıntı hesab edilir. Venera heykəlinin yaşı radiokarbon analizindən istifadə edilərək müəyyən edilib.