Azərbaycan tamblinqçisi Tokio olimpiadasının keçiriləcəyi yarış zalında qızıl medal qazanıb

Azərbaycan tamblinqçisi Tokio olimpiadasının keçiriləcəyi yarış zalında qızıl medal qazanıb
16:12 7 Dekabr 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan tamblinqçisi Aleksey Karataşov Yaponiyanın paytaxtı Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıb. 
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Karataşov buna 11-12 yaşlıların mübarizəsində nail olub. Təsnifat mərhələsində elə ilk pillədən finala vəsiqə qazanan Bakı Gimnastika Məktəbinin yetirməsi həlledici mərhələdə 62.700 xalla birinciliyi əldən verməyib.
Qalibin şərəfinə yeni istifadəyə verilmiş və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında gimnastika yarışlarının keçiriləcəyi Ariake Arenasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-tamblinqcisi-tokio-olimpiadasinin-kecirileceyi-yaris-zalinda-qizil-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR