Lukaşenko Soçiyə gəldi: Putinlə nələr müzakirə olunacaq?

Lukaşenko Soçiyə gəldi: Putinlə nələr müzakirə olunacaq?
17:13 7 Dekabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Soçiyə gəlib.

Publika.az
xəbər verir ki, bu barədə belarusun rəsmi informasiya agentliyi olan BELTA xəbər yayıb.

Məlumata görə, Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə birgə sabah – 8 dekabrda iki ölkə arasında ittifaq dövlətinin yaradılmasının 20-ci illiyi münasibətilə keçirilən mərasimdə iştirak edəcək.

“Tərəflər aktual məsələləri, ikitərəfli əməkdaşlığın gündəlikdə duran məqamlarını müzakirə edəcəklər” – BELTA yazır.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov qeyd edib ki, qarşıdakı əlaqələr “ikitərəfli münasibətlər: ittifaq münasibətlərinin inkişafı üzrə yol xəritələri, ittifaq dövləti, böyük investisiya layihələri, qaz sektorundakı layihələr” kontekstində müzakirə ediləcək.

Qeyd edək ki, son dövrlər Rusiya və Belarusun münasibətlərində soyuqluq müşahidə olunur. Lukaşenkonun iki gün öncə səsləndirdiyi fikirlər isə xüsusi diqqət çəkdi.

“Belarus heç vaxt başqa bir ölkənin tərkibinə daxil olmağa hazırlaşmayıb və hazırlaşmır da. Bu, hətta “qardaş Rusiya”ya da aiddir”, - deyən Belarus prezidenti ikitərəfli əlaqələrin zamanın sınağından çıxdığını bəyan edib.

Onun bu sözləri Rusiyanın İttifaqı dövləti adı altında Belarusu tamamilə nəzarətə götürək planı haqda ehtimalları gücləndirir. Soçiyə gələn Lukaşenkonun Putinlə bu məsələləri müzakirə edəcəyi və danışıqların gərgin olacağı gözlənilir.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/298424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR