Dünyanın ən böyük sosial media platforması olan “Facebook” İranın dini lideri Əli Xameneinin ərəbcə fəaliyyət göstərən hesabını bağlayıb.
Publika.az xəbər verir ki, dini liderin səhifəsi platformanın qaydaları pozub.
Onun feysbukda 100 min izləyicisi var idi.
Qeyd edək ki, Xameneinin daha əvvəl “Twitter” və “İnstagram” kimi rəsmi sosial-media hesabları da bağlanmışdı.