Rusiya və Türkiyə birgə əməliyyata başladı - FOTO

Rusiya və Türkiyə birgə əməliyyata başladı - FOTO
19:43 7 Dekabr 2019
108 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya və Türkiyə hərbi polisi Suriyada növbəti birgə patrul xidmətinə başlayıblar.

Publika.az xəbər verir ki, iki ölkənin hərbi polisi Suriyanın Qamışlı yaşayış məntəqəsi yaxınlığında növbəti birgə patrul xidməti həyata keçirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, birgə patrul Suriya-Türkiyə sərhədindəki Deyrun-Ağa keçid məntəqəsindən sərhədboyu ərazidə aparılır. Hava patrulunu Rusiya Hərbi Kosmik Qüvvələri Ordu Aviasiyasının helikopterləri təmin edirlər. Patrulun tərkibinə 8 adda hərbi texnika, 50-yə yaxın hərbçi daxildir.

Bu, Rusiya və Türkiyə hərbi polisinin Suriyada artıq 14-cü hərbi patruludur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/298439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR