Parisdə ABŞ dövlət katibi və İranın xarici işlər naziri arasında görüş olub

Parisdə ABŞ dövlət katibi və İranın xarici işlər naziri arasında görüş olub
21:22 16 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 21:17 ]

Bakı – APA. Bu gün Parisdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Con Kerri və Fransalı həmkarı Loran Fabius ilə görüş keçirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, görüşlərdə İranın nüvə proqramı ətrafında müzakirələr aparılıb.

 

Görüşlərin nəticələri barədə məlumat verilmir.

 

Yanvarın 14-də  Con Kerri və Məhəmməd Cavad Zərif arasında İşveçrənin Cenevrə şəhərində baş tutmuş görüş 5 saat davam etmişdi. Qeyd edək ki, yanvarın 18-də Cenevrədə İranla “altılıq” ölkələri arasında danışıqların yeni raundu başlayacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR