Xətaidə mənzildən qadın meyiti tapıldı

Xətaidə mənzildən qadın meyiti tapıldı
21:17 7 Dekabr 2019
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xətai rayonunda mənzildən 61 yaşlı qadının meyiti tapılıb.

Milli.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Nazirliyin  "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Verxonostseva Svetlana Borisovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/808683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı