Nijnı Novqorod şəhərində avtomobil 13 piyadanı vurub

Nijnı Novqorod şəhərində avtomobil 13 piyadanı vurub
21:27 7 Dekabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Nijnı Novqorod şəhərində dörd avtomobilin toqquşması nəticəsində 13 nəfər yaralanıb.
“Report” “TASS”a istinadən xəbər verir ki, baş verən zəncirvari qəzada idarəetməni itirən avtomobillərdən biri yolun kənarında dayanan 9-cu sinif şagirdlərinin üzərinə sürüb. Nəticədə 11 yeniyetmə və onları teatra aparan iki şəxs xəsarət alıb.


Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Şəhərin səhiyyə xidmətindən verilən məlumata görə, şagirdlərdən ciddi xəsarət alan olmasa da onları müşayət edən şəxslərdən biri dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/nijni-novqorod-seherinde-avtomobil-13-piyadani-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR