Hyundai Honda Civic Type R modelinin "qənimini" hazırlayıb

Hyundai Honda Civic Type R modelinin "qənimini" hazırlayıb
21:32 7 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Hyundai şirkəti Las Veqasda keçiriləcək SEMA tüninq şousunda göstərməyi planlaşdırdığı Veloster hetçbekini təqdim edib. Bisimoto VelosterRaptor N adlandılımış model amerikan Bisimoto Engineering atelyesi ilə birlikdə inşa edilibdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, SEMA layihəsinin əsasını Performance dəstinə malik olan "qaynar" Hyundai Veloster N hetçbeki təşkil edir. Assimetrik hetçbek yeni turbokompressora, aralıq soyuducusuna, su-menatol qarışığı çilənməsi sisteminə, yüksək axınlı giriş və çıxışa malik olub. İnersiya üfürməsi yaxlaşdırılmış mühərrikin hasilatı 320 at qüvvəsi və 400 Nm təşkil edir. Hyundai nümayəndələrinin Honda Civic Type R modelinin "qənimini" adlandırdığı hetçbek 100 km/saat həddini 5,7 saniyəyə toplayır və 272 km/saatlıq maksimal sürət həddinə malikdir.
VelosterRaptor N Concept  Tarox firmasının əyləc mexanizmləri, Fifteen 52 təkər diskləri, yeni spoyler, elektronika ilə idarələnən amortizatorları olan hündürlüyü azaldılmış Eibach asqısı, yüngülləşdirilmiş Momo oturacaqları və əlavə cihazlar dəsti ilə təchiz edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR