İlk dəfə xəstə dondurularaq əməliyyat edildi

İlk dəfə xəstə dondurularaq əməliyyat edildi
21:37 7 Dekabr 2019
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Merilend Universitetinin Tibb Fakültəsindən Samuel Tişermanın New Scientist üçün verdiyi bildirişdə tibb qrupunun əməliyyatı xəstəni donduraraq həyata keçirdikləri qeyd olundu. İlk dəfə edilən bu tətbiq həqiqətən inanılmazdır.

Hələ neçə insanın bu cür xilas olduğu açıqlanmasa da texniki cəhətdən həqiqətən çox maraqlıdır. Bu texnikaya Emergency Preservation and Resuscitation - EPR deyilir. Baltimorda Merilend Universitetinin Tibb Mərkəzində bu yanaşma silahla yaralanma kimi yaralar keçirən və ürək dayanması olan kəslərə tətbiq olunur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu yaralıların ürəyi dayanır və qanlarının yarısını itirirlər. Bu vəziyyətdə həkimlərin əməliyyat etmək üçün yalnız bir neçə dəqiqəsi olur və bu xəstələrin adətən həyatda qalma ehtimalı 5%-dən daha azdır. EPR texnikasında yaralı 10 ilə 15°C dərəcəyə qədər soyudulur. Xəstənin beyin fəaliyyəti haradasa tamamilə dayanır. Sonra bədənin soyutma sistemiylə əlaqəsi kəsilir ki, yoxsa adam ölü olaraq təyin olunar. Xəstə sonra əməliyyata götürülür. Əməliyyat qrupunun xəstənin yaralarını tikməsi üçün yalnız 2 saatı var. Sonra xəstə isidilir və ürək yenidən işə salınır. Tişerman sınağa dair bütün nəticələrin 2020-ci ilin sonunda eşitdiriləcəyini bildirdi. Adətən insanın bədən istiliyi 37°C ətrafındadır. Bu istilikdə hüceyrələr enerji yaratmaq üçün davamlı oksigen dəstəyinə ehtiyac duyur. Ürək dayandığında isə qan dövranı dayanır və hüceyrələrə oksigen daşınmır. Oksigen çatışmazlığı ilə beyin ancaq 5 dəqiqə yaşaya bilir. Sonra geri dönülməz beyin travması yaranır. Bütün bunlara baxmayaraq aşağı istilikdə beyin yavaşlayır, dayanma nöqtəsinə gəlir. Sonra hüceyrələrimizdəki kimyəvi reaksiyalar az qala dayanır. Buna görə oksigen ehtiyacı çox az olur. Tişerman bu sınaqda 10 adama keçici canlandırma (EPR) verərək müalicənin etibarlı olduğunu göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/808313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR