Bakı-Şamaxı yolunda inanılmaz hadisə - Avtomobil görün hara girdi - FOTO

Bakı-Şamaxı yolunda inanılmaz hadisə - Avtomobil görün hara girdi - FOTO
21:38 7 Dekabr 2019
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 36-cı km-də yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Bakı şəhəri istiqamətində hərəkətdə olan Qəbələ rayon sakini Maqsud Əliyevin idarə etdiyi 45 BL 581 dövlət nömrə nişanlı VAZ 21043 markalı minik maşını naməlum səbəbdən idarəetmənin itirilməsi nəticəsində kənarları dəmir-beton maneələrlə bağlanmış yolayrıcına daxil olub.

Xoşbəxtlikdən xəsarət alan olmasa da avtomobilə və yol təsərrüfatına ziyan dəyib. Qəza zamanı yol ayrıcında olan işıq dirəklərinin ikisi yararsız hala düşüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/298446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR