Nə üçün üşüyürük? - Səbəbi bu xəstəliklər ola bilər

Nə üçün üşüyürük? - Səbəbi bu xəstəliklər ola bilər
21:47 7 Dekabr 2019
115 Maraqlı
Ölkə mətbuatı
A- A+

Üşümək, ətraf istiliyinin ani dəyişikliyinə cavab olaraq ortaya çıxır. Dəri, damarlar və əzələlər koordinasiyalı olaraq sıxılıb-boşalaraq, bu istilik dəyişikliyinə cavab verməyə çalışır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, qış aylarının aktual mövzularından biri olan üşümək çoxlarının problemi olur. Üşümənin davamlı hal aldığı və ya başqa şikayətlənmələrin da yoldaşlıq etdiyi vəziyyətlərdə mütləq bir həkimə müraciət etmək lazımdır. Üşüməyə bir sıra xəstəliklər səbəb ola bilər.

İnfeksiya xəstəlikləri
Xüsusilə qış aylarında soyuq dəymə, qrip, bronxit və sətəlcəm kimi xəstəliklərin ilk əlaməti üşümə, titrəmə və qızdırma ola bilir. Uyğun müalicə olmadıqca üşümə ilə birikdə özünü göstərən titrəmə, qızdırma və məşhur bədən ağrıları şəklindəki problemlər davamlılıq göstərə bilir. Həkiminizin müayinəsi və uyğun müalicə nəticəsində başda üşümə olmaq üzrə digər şikayətlənmələr də son tapır.

Anemiya
Üşümənin altında yatan bir başqa əhəmiyyətli səbəb isə cəmiyyətdə "qansızlıq" olaraq bilinən anemiya xəstəliyi. Əhəmiyyətli bir sağlamlıq problemi olan və olduqca sıx görülən anemiya xəstəliyinə qadınlarda daha çox rast gəlmək olar. Bunun səbəbi isə qeyri-kafi bəslənmə, qatı pəhriz tətbiq, həddindən artıq qan itirmə (uzun adətlər səbəbiylə) və ya həzm sistemində pozulmalar ola bilir. Müalicə olmadıqca üşümə ilə başlayan halsızlıq, tez yorulma və ürək döyünməsi kimi əlamətlər getdikcə irəliləyir və həyat üçün mənfi təsir hala gətirir.

Hipoqlikemiya
Qan şəkəri səviyyəsinin 50 mg / dl və ya altına düşməsi "Hipoqlikemiya" olaraq adlandırılır. 20 yaş üzərindəki hər 10 adamdan birində görülən hipoqlikemik sürətlə müalicə edilməsi lazım olan bir problemdir. Əks halda huşunu itirmə, qalıcı və ya müvəqqəti beyin funksiya dəyişiklikləri kimi ziyanlar buraxa bilir. Ayrıca tez təkrarlayan hipoqlikemiya hücumları, səhv qidalanma və kilo alışı diyabetin meydana gəlmə riskini yüksəldir. Tədbir alınmazsa xəstələrin üçdə birində 10-15 il sonra diabet inkişaf edə bilir.

Qalxanvari vəz xəstəlikləri
Bədənin maddələr mübadiləsinin təşkil qalxanvari vəzin sağlam çalışması bütün sistemlərin uyğunlaşma içində olmasını təmin edir. Çox və ya az çalışması vəziyyətlərində isə üşümək yanında adamın gündəlik həyatını mənfi təsir edən davamlı yorğunluq hissi, saç tökülməsi, qəbizlik, istəksiz kilo alışı kimi ciddi nəticələrə qədər dəyişən klinik vəziyyətlər görülə bilir.

Kardiyovaskular sistem xəstəlikləri
Damar sistemini maraqlandıran damar tıxanıqlığı və vaskulyar endotel ziyanı kimi xəstəliklərdə qan dövranının çatışmazlığı, əlaqədar orqanların qidalanma pozğunluğu və ya ətraf bölgələrin həssaslığı səbəbiylə xüsusilə qıçlarda və qollarda üşümə problemi inkişaf edə bilir.

Sinir sistemi xəstəlikləri
Sinir-əlaqə sistemi xəstəliklərində üşümə, hissizlik, hərəkət pozğunluğu kimi göstəricilərin altında nevropatik, əzələ xəstəlikləri və ya multiple skleroz kimi sistemik, irəliləyici xəstəliklər yata bilir. Xüsusilə də ailədə bənzər xəstəlik nə zaman olubsa, varsa vaxt itirmədən əlaqədar həkimə getmək lazımdır

Dəri xəstəlikləri
Xüsusilə dərini əhatə edən, müəyyən bir bölgədə və ya bütün sistemlərlə əlaqəli olan dermatomiyozit kimi dəri xəstəliklərində qızartı, tökülmək, sulanma və kəpəklənmə kimi əlamətlərdən əvvəl üşümə, titrəmə, həssaslıq ilk şikayətlənmələr ola bilir. Bu əlamətləri ciddiyə alıb, həkimə getmək lazımdır, əks halda müalicə şansı azalaraq, xəstəliyin irəliləməsi sürətli ola bilir.

Üşüməmək üçün bunları edin:

-Bədənin istilik itkisini önləmək üçün nə çox incə nə çox qalın geyinin. Bədən istiliyini həbs edib qoruyacaq şəkildə, istisaxlıyan xüsusiyyətli paltarları seçin

-Qidalanmanıza diqqət edin, həddən az və ya gərəyindən çox kalori almayın

-.İmmunitet sisteminizi vitaminlərlə möhkəmlədin

- İdman bədənin istilik tarazlığını qorumaq üçün əhəmiyyətlidir. Bu səbəblə qış mövsümündə də idman etməyə laqeyd yanaşmayın

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/808658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR