Deputatlığa namizədlərin və onların nümayəndələrinin NƏZƏRİNƏ - MSK dəyişiklik etdi

Deputatlığa namizədlərin və onların nümayəndələrinin NƏZƏRİNƏ - MSK dəyişiklik etdi
00:13 8 Dekabr 2019
154 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 iyun 2004-cü il tarixli 06/45 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”na aşağıdakı dəyişiklik edilib.

Publika.az xəbər verir ki, qərarın 1.2-ci bəninə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“İmza vərəqələrini götürən namizəd və ya səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/298460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR