Bakı. Trend:
Rusiya Federasiyasının Nijni Novqorod şəhərində ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, dörd avtomobilin toqquşması və onlardan birinin piyadanın üstünə çıxması nəticəsində 13 nəfər xəsarət alıb.
Bildirilib ki, qəza zamanı səkidə bir qrup 9-cu sinif şagirdi olub. Onlar qrup şəklində teatra gedirmişlər.
Ümumilikdə 11 yeniyetmə və onları müşayiət edən iki nəfər xəsarət alıb.
Bütün yaralılar xəstəxanaya aparılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin