“Mançester Siti” derbidən məğlub ayrıldı

“Mançester Siti” derbidən məğlub ayrıldı
00:47 8 Dekabr 2019
135 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İngiltərə Premyer Liqasında XVI turun mərkəzi görüşü "Mançester Siti" ilə "Mançester Yunayted" arasında keçirilib.
"Report"un məlumatına görə, "Etihad" stadionunda oynanılmış qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. 
Hesabı 23-cü dəqiqədə penalti zərbəsi ilə Markus Reşford açıb. Bundan 6 dəqiqə sonra Antoni Marsyal fərqi artırıb. 85-ci dəqiqədə isə Nikolas Otamendi meydan sahiblərinin təsəlli qolunu vurub.
Bu nəticədən sonra "Mançester Siti" 32 xalla 3-cü, "Mançester Yunayted" isə 24 xalla 5-ci yerdə gedir.



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mancester-siti-derbiden-meglub-ayrildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR